• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

La Liqada ən yaxşı məşqçi seçildi

İDMAN

27 Yanvar 2025 | 21:51 | Müəllif: Subhan Mahmudov

La Liqada ən yaxşı məşqçi seçildi

İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

"Xetafe"nin çalışdırıcısı Xose Bordalas ən yaxşı adına layiq görülüb. Komanda onun rəhbərliyi altında bu ay iki səfər qələbəsi qazanıb və bir heç-heçə edib..

Bordalas səsvermədə Karlo Ançelotti ("Real") və Borxa Ximenesi ("Leqanes") qabaqlayıb

Qeyd edək ki, "Xetafe" hazırda La Liqada 23 xalla 14-cü sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026