İngiltərənin "Mançester Siti" və İspaniyanın "Barselona" klubu İtaliya təmsilçisi "Komo"nun baş məşqçisi Sesk Fabreqasla maraqlanır.
Bakıvaxtı.az "Il Messaggero" nəşrinə istinadən xəbər verir ki, Xosep Qvardiola "şəhərlilər"dən ayrılacağı təqdirdə ölkə çempionu 37 yaşlı mütəxəssisin təyinatını nəzərdən keçirəcək.
Bundan əlavə, Kataloniya klubunun rəhbərliyinin Fabreqasın məşqçilik keyfiyyətlərinə heyran olduğu bildirilir.
Qeyd edək ki, o, ötən ilin yayından "Komo" komandasına rəhbərlik edir.