• Bakı 18° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"651 min manat təklif etmələri yalandır" -  Evi uçurulan vətəndaş DANIŞDI

CƏMİYYƏT

28 Mart 2025 | 13:02

651 min manat təklif etmələri yalandır -  Evi uçurulan vətəndaş DANIŞDI

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı "Oxu.az"a bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

"Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub".

Xatırladaq ki, ötən gün sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb. 


SON XƏBƏRLƏR

30 Mart 2025