• Bakı 18° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı"

CƏMİYYƏT

28 Mart 2025 | 12:38

Azərbaycanda daha 2 min eşşək yoxa çıxdı

Azərbaycanda eşşəklərin sayında azalma davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlində 12709 baş eşşək olub.

Bu göstərici ötən illə müqayisədə 2215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.

Ötən il eşşəklərin böyük hissəsinin - 68 faizinin yaşı 3 və daha çox olub.

Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1362 baş eşşək olub. 

İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.

İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:

Bakı şəhəri - 7

Naxçıvan Muxtar Respublikası - 1041

Abşeron-Xızı iqtisadi rayonu - 90

Dağlıq Şirvan iqtisadi rayonu - 513

Gəncə-Daşkəsən iqtisadi rayonu - 1426

Qarabağ iqtisadi rayonu - 658

Qazax-Tovuz iqtisadi rayonu - 2949

Quba-Xaçmaz iqtisadi rayonu - 1552

Lənkəran-Astara iqtisadi rayonu - 2535

Mərkəzi Aran iqtisadi rayonu - 224

Mil-Muğan iqtisadi rayonu - 478

Şəki-Zaqatala iqtisadi rayonu - 542

Şərqi Zəngəzur iqtisadi rayonu - 88

Şirvan-Salyan iqtisadi rayonu - 606


SON XƏBƏRLƏR

30 Mart 2025