Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir.
***
12:32
Yevlaxda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, qəzada xəsarət alanların sayı 6-ya çatıb.
Belə ki, hadisə nəticəsində daha bir nəfər - 1991-ci il təvəllüdlü Çinarə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
***
11:43
Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.