“Air Canada” aviaşirkətinin Kanadanın Sent-Cons şəhərindən uçan təyyarəsi Halifaks-Stenfild Beynəlxalq Hava Limanında eniş zamanı alışıb.
Bakıvaxtı.az Qərb mediasına istinadən xəbər verir ki, hadisəyə şassinin düzgün açılmaması səbəb olub və bunun nəticəsində laynerin bir tərəfi əyilərək uçuş-eniş zolağına sürtünüb.
Qorxuya düşən sərnişinlər təyyarənin bir hissəsinin zolaq boyunca 20 dərəcə bucaq altında sürüşərək alovlandığının şahidi olublar.
Qurbanlar barədə məlumat verilməyib. Təyyarənin göyərtəsində olan bütün sərnişinlər təcili təxliyə edilib və tibbi müayinə üçün anqara aparılıb.