• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirildi - FOTOLAR

CƏMİYYƏT

29 Dekabr 2024 | 13:30

İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirildi - FOTOLAR

Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyi tərəfindən “Biz birlikdə güclüyük” adlı silsilə tədbirlər layihəsi çərçivəsində İstanbulda “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış” mövzusunda tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF), Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), eləcə də İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin dəstəyi ilə təşkil olunub.

Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış proqramı haqqında danışılıb. Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı keçmiş və gələcək layihələrin daha yüksək səviyyədə gerçəkləşdirilməsi, saylarının artırılması barədə görülən işlərdən bəhs olunub. 1990-cı illərdə öz yurd-yuvalarından məcburi didərgin salınan, hazırda doğma torpaqlarına qayıdan həmvətənlərimizə Azərbaycan dövləti tərəfindən göstərilən qayğı, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilib. Mövzu ilə bağlı xüsusi videoçarxlar göstərilib.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, eləcə də sənətkara məxsus “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçalar, dünyanın məşhur muzeylərində saxlanılan və Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, Teatr Birliyi sədrinin müavini Lətafət Rəfiqin, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəssamı Tariyel Əlizadənin, əl işləri sənətçisi Fatimə Abdalın əsərləri sərgilənib.

Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzinin solisti, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin musiqi departamentinin rəhbəri Vüsalə Əsgərova, mərkəzin Qadın Birlikləri Departamentinin rəhbəri Nazlı Bağırova, solist Yelena Qolovina, aşıq Rəna Quliyeva, eləcə də "Günəş" xor və rəqs kollektivi musiqi nömrələri ilə çıxış edib.


SON XƏBƏRLƏR

31 Dekabr 2024