• Bakı 15° C

    0.23 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Çempionlar Liqası: "Qarabağ" bu gün "Atletik"lə üz-üzə gələcək

İDMAN

22 Oktyabr 2025 | 09:14

Çempionlar Liqası: Qarabağ bu gün Atletiklə üz-üzə gələcək

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.

Qarşılaşma "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.

"Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" II turda Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025