• Bakı 24° C

    13.32 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

ABONENTLƏRİN NƏZƏRİNƏ: Qaz limiti bu tarixdə sıfırlanacaq - RƏSMİ

CƏMİYYƏT

29 Dekabr 2024 | 14:51

ABONENTLƏRİN NƏZƏRİNƏ: Qaz limiti bu tarixdə sıfırlanacaq - RƏSMİ

"Hər il olduğu kimi bu ildə ilin sonunda sayğaclarda yenilənmə prosesi baş tutacaq".

Bunu Bakıvaxtı.az-ın sorğusuna cavabında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd edib.

Onun sözlərinə görə, smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keşən gecə saat 00:00-dan etibarən yenilənməni avtomatik olaraq həyata keçirir:

"31 dekabr gecə saat 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən yəni, 1200-lük limitə əsasən ödəniş olunacaq".

Eldəniz Vəliyev, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi

E.Vəliyev qeyd edib ki, mexaniki sayğacdan istifadə edən abonentlər bayram günlərinə təsadüf etdiyi üçün evdə olmurlar və s. səbəbdən 5-6 yanvar aralığına qədər yenilənmə prosesi uzana bilir:

"Buna baxmayaraq, heç bir narahatlığa əsas yoxdur, hər bir abonentin 365 günü qorunur".

Eldəniz Vəliyevin sözlərinə görə, bəzi abonentlər elə düşünürlər ki, sayğac üzərində göstərilən bütün rəqəmlərin hamısı sıfırlanmalıdır, əslində bu sıfırlanma yox, yenilənmədir.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026
29 Avqust 2026