• Bakı 10° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Prezident təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı

SİYASƏT

29 Dekabr 2024 | 15:02

Prezident təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı bir sıra səbəbləri açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, dövlətimizin başçısı bildirib: Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.

Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.


SON XƏBƏRLƏR

31 Dekabr 2024