Aktauda Azərbaycana məxsus mülki təyyarənin qəza enişi etməsi nəticəsində həlak olan Balakən rayon Meşəşambul kənd sakini Anqubazova Məleykə Murtuzəli qızı bu gün dəfn ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat verib.
Qeyd edək ki, mərhumun bir qız, bir oğlan övladı olub.Elə təyyarə ilə də Qroznı şəhərində yaşayan xəstə qızının yanına gedirmiş.
Xatırladaq ki, 25 dekabrda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfər həyatını itirib.