Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı tibb müəssisələrinin beynəlxalq mühafizəsini tələb edib.
Bakıvaxtı.az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Həmas BMT və beynəlxalq qurumları Qəzzanın şimalında qalan tibb müəssisələrini qorumaq üçün təcili müdaxiləyə çağırıb.
HƏMAS-ın bu tələbi son günlər İsrail ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatdan sonra baş verib.
"İsrail tibb müəssisələrinin sistematik şəkildə məhv edilməsinə görə məsuliyyət daşıyır", - deyə Həmas bəyanatında qeyd edib.
Gülşən Şərif