• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Naməlum şəxs Rusiya səfirliyinin ərazisinə daxil olmağa cəhd edib

DÜNYA

28 Yanvar 2025 | 12:25

Naməlum şəxs Rusiya səfirliyinin ərazisinə daxil olmağa cəhd edib

Stokholmda avtomobillə Rusiya səfirliyinin ərazisinə daxil olmağa cəhd edən naməlum şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SVT telekanalı İsveç polisinin məlumatına istinadən xəbər verib.

"Stokholmda Rusiya səfirliyinin yaxınlığında bir kişi saxlanılıb. İdarə etdiyi avtomobil səfirliyin darvazasına çırpılan həmin şəxs qanunsuz müdaxilə cəhdində şübhəli bilinir", - materialda qeyd olunur.

Polis nümayəndəsinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə 45 yaşlı kişi avtomobilin içində olub. O, səfirliyin ərazisinə daxil ola bilməyib.


SON XƏBƏRLƏR

18 Aprel 2025