• Bakı 29° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Lukaşenko: Prezident seçkiləri Belarusun sakit ritmini pozmadı

DÜNYA

28 Yanvar 2025 | 13:23

Lukaşenko: Prezident seçkiləri Belarusun sakit ritmini pozmadı

Prezident seçkiləri Belarusda yüksək təşkilati səviyyədə və sarsıntısız keçib.

Bakıvaxtı.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 28-də Panafrikan Parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.

"Düşünürəm ki, siz bu siyasi kampaniyanın ölkənin sakit ritmini pozmadığını gördünüz. Seçkilər yüksək təşkilati səviyyədə və Qərbdə bəzilərinin gözlədiyi kimi heç bir sarsıntı olmadan keçib", - o bildirib.

Panafrikan Parlamentinin nümayəndə heyəti Belarusda seçki prosesini müşahidə edib.

Qeyd edək ki, seçkilərdə A.Lukaşenko seçicilərin 86,82 %-nin səsini qazanıb.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025