• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zelenskini Brüsselə dəvət etdi

DÜNYA

27 Fevral 2025 | 12:25

Zelenskini Brüsselə dəvət etdi

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenskini Brüsselə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, dəvət məktubunda qeyd edib.

“Mən prezident Zelenskini son hadisələri bizimlə müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə gəlməyə dəvət etmişəm”,- o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.

“Biz Avropanın müdafiəsinə diqqət yetirəcəyik, ardınca Ukrayna ilə bağlı müzakirələr aparacağıq. Martın 6-da keçiriləcək görüşümüzü səbirsizliklə gözləyirəm”, - Koşta vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026