"Özünün tarixi hərbi-siyasi zəfərləri ilə cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərqərar etməsi Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə, xüsusən cənnətə çevrilməkdə olan Qarabağ və Şərqi Zəngəzurda bərqərar olunması ilə nəticələnib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Qeyd edib ki, Müzəffər Liderin yaratdığı bu konfiqurasiya həm də imkan yaratmaqdadır ki, ölkəmiz yeni reallıqlar şəraitində müstəqil siyasətini daha prinsipiallıqla davam etdirsin.
"Nəticədə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir və inanırıq ki, 2024cü ildə müşahidə olunan uğurlar 2025-ci ildə də daha yüksək templə davam edəcək".
Mina Mikayılova