• Bakı 10° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Aviaqəzada həyatını itirən Balakən sakinləri dəfn olundular

CƏMİYYƏT

29 Dekabr 2024 | 14:29

Aviaqəzada həyatını itirən Balakən sakinləri dəfn olundular

Aktau şəhərində aviaqəza zamanı həyatını itirən Balakən rayon sakinləri dəfn olunublar.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirənlərdən Balakən rayon sakinləri olan 8 nəfərin - 2004-cü il təvəllüdlü, Balakən rayonu Qullar kənd qeydiyatında olan Mahmud Muhumahacı oğlu Tütünçiyev, 1968-ci il təvəllüdlü, Balakən rayonu Şərif kənd sakini Rəşid Abbas oğlu Qıstarov, 1962-ci il təvəllüdlü, Balakən rayonu Şərif kənd sakini İbrahim Abbas oğlu Qıstarov, 1990-cı il təvəllüdlü, Balakən rayonu Xalatala kənd sakini Həmzət Muhuma oğlu Qurbaçov, 1969-cu il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Rəna Abbas qızı Yeznayeva, 1960-cı il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Mömünət Şəhmir qızı Qoqamova, 1972-ci il təvəllüdlü Balakən rayonu Müşəşambul kənd sakini Mələykə Murtuzəli qızı Anqbazova və 1988-ci il təvəllüdlü, Balakən rayonu Şambul kənd sakini Yadigar Seyfəddin oğlu Mehdiyevin nəşləri bu gün günorta saatlarında ailələrinə təhvil verilib./apa


SON XƏBƏRLƏR

31 Dekabr 2024