TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, 22.12.2024-cü il tarixində saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib.
Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.
"Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - qeyd edilib.