• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başlayıb - YENİLƏNİB

DÜNYA

29 Dekabr 2024 | 11:47

Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başlayıb - YENİLƏNİB

Mixeil Kavelaşvili parlament binasında Gürcüstan xalqı qarşısında and içərək ölkənin sayca altıncı prezidenti oldu.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm", - o bildirib.

M.Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.

O, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inauqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır.

***

09:24

Bu gün Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, mərasim yerli vaxtla saat 11:00- da, parlamentin iclas zalında baş tutacaq və 40 dəqiqə davam edəcək.

    Mixeil Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.

    Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, həmçinin Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin, parlamentin nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvlərinin iştirak edəcəyi mərasimə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.

    Xatırladaq ki, Mixeil Kavelaşvili dekabrın 14-də beş il müddətinə Gürcüstanın prezidenti seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026