"Gürcü cəmiyyəti qarşılıqlı hörmətə əsaslanan vətən, dəyərlər və qaydalar ətrafında birləşməyi bacarmalıdır".
Bakıvaxtı.az "İnterpress.Ge"yə istinadən xəbər verir ki, bunu inauqurasiya mərasimində Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili deyib.
Yeni prezident bildirib ki, o, səylərini cəmiyyətin konsolidasiyasına yönəldəcək.
"Gürcüstanın hər bir vətəndaşı baxışlarından və siyasi mənsubiyyətindən asılı olmayaraq, mənim üçün əzizdir. Mənim gələcək səylərim cəmiyyəti birləşdirməyə yönəldiləcək", - deyə prezident qeyd edib.
Gülşən Şərif