Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.
Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.
Deputatlar sədrin təklifini dəstəkləyiblər.
Mina Mikayılova