Yunanıstan hökuməti Ukraynaya 24 ədəd "RIM-7 Sea Sparrow" zenit-raket kompleksi verməyə hazırlaşır.
Bakıvaxtı.az "Pronews"a istinadən xəbər verir ki, bu raketlər Amerikanın gəmi-hava tipli idarəolunan raketidir və yarı aktiv radar başlığına malikdir.
Bildirilib ki, 1960-cı illərin əvvəllərində "AIM-7 Sparrow" hava-hava raketi əsasında hazırlanıb və 1976-cı ildən istifadə olunmağa başlayıb. Qısa mənzilli zenit raketi olaraq gəmiləri raketdən müdafiə etmək üçün təyyarələrə, helikopterlərə və digər yerüstü hədəflərə qarşı istifadə olunur.
Yunanıstan bundan başqa, Ukraynaya mərmi, digər sursat və silahlarla yük maşınları göndərməkdə davam edir.
Gülşən Şərif