• Bakı 31° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Saatda 450 km sürətə çatan qatar təqdim edildi
 

DÜNYA

29 Dekabr 2024 | 12:59

Saatda 450 km sürətə çatan qatar təqdim edildi 

Çin yerli istehsal olan Fuşing seriyasına aid saatda 450 km sürətə çata bilən "CR450" adlı sürətli qatarın prototipini təqdim edib.

Bakıvaxtı.az
bu barədə "Xinhua" agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, CR450-nin maksimum sürətinin saatda 450 km, kommersiya sürətinin isə saatda 400 km olması planlaşdırılıb.

Texniki sınaqların başa çatdırılmasından sonra qatarın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Hal-hazırda Çində istifadə edilən sürətli qatarlar maksimum saatda 350 km sürətə çatdığından yeni nəsil qatar üçün xüsusi yenilənmiş dəmir yolu infrastrukturu qurulacaq.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Iyul 2025