• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

2,5 milyon manat beş TV yayımçısı arasında bərabər bölünüb

MEDİA

29 Dekabr 2024 | 14:33

2,5 milyon manat beş TV yayımçısı arasında bərabər bölünüb

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının cari ildə son iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Şuradan bildirilib.

Verilən məlumata görə, iclasda il ərzində audiovizual media və onun tənzimlənməsi sahəsində həyata keçirilmiş fəaliyyət, Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlər - yeni lisenziyaların verilməsi, audiovizual proqramların həmçinin, retranslyasiya operatorlarının paketlərinin monitorinqi, tətbiq olunan inzibati tənbeh tədbirləri, FM radio yayımının genişləndirilməsi ilə bağlı Prezident Sərəncamının icrasının yekunlaşması, Audiovizual Şuranın beynəlxalq əməkdaşlığı və digər məsələlər üzrə ümumi fikir mübadiləsi aparılıb.

    Daha sonra özəl ümumölkə yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı Şura üzvləri tərəfindən yüksək qiymətləndirilmiş, bunun cəmiyyətin operativ və dolğun məlumatlandırılması və maarifləndirilməsi sahəsində yayımçıların fəaliyyətinin gücləndirilməsi, yayım keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlətin növbəti dəstək addımı olduğu vurğulanıb.

    Audiovizual Şuranın müvafiq qərarı ilə ayrılmış 2,5 milyon manat maliyyə vəsaiti 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər bölünüb.


    SON XƏBƏRLƏR

    31 Dekabr 2024