• Bakı 11° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rusiya-ABŞ danışıqları başlayıb

DÜNYA

26 Mart 2026 | 21:13

Rusiya-ABŞ danışıqları başlayıb

"Rusiya nümayəndə heyəti ABŞ ilə parlament dialoqunun təməlini qoymağa və Rusiyanın mövqeyini Amerika qanunvericilərinə çatdırmağa ümid edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov (Rusiya Liberal Demokrat Partiyası) TASS-a bildirib.

"Danışıqlara illüziyasız, lakin aydın mövqe və səmimi dialoqa hazırlıqla gəldik. Konqreslə görüş üçün gündəliyimiz çox sadədir: iki dünya gücü arasında parlament dialoqunun təməlini qoymaq. Əsas məqsədimiz ölkəmizin və vətəndaşlarının mövqeyini çatdırmaqdır. Biz istəyirik ki, bu dialoq hörmət və bərabərlik prinsipləri üzərində qurulsun. Biz Rusiya üçün mühüm nəticələrlə qayıtmağı hədəfləyirik", - Çernışov bildirib.

O, teleqram kanalında Dövlət Dumasının deputatları ilə Amerika konqresmenləri arasında danışıqların başladığını yazıb.

"Biz ABŞ Konqresi ilə danışıqlara başlayırıq", - deyə millət vəkili bildirib.
 


SON XƏBƏRLƏR