Cənubi Koreya hakimiyyəti Muan hava limanında baş verən təyyarə qəzasında 179 nəfərin öldüyünü təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, iki nəfər xilas edilib.
***
14:07
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, üç nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsində 10 yaşadək azı beş uşaq olub.
Ümumilikdə, təyyarədə 175 sərnişin olub.
***
13:22
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 174 nəfərin öldüyü təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
***
13:03
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 167 nəfərin öldüyü təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
***
10:25
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 120 nəfərin öldüyü təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yanğınsöndürmə xidmətlərinə istinadən məlumat verib.
"Jeju Air”ə məxus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 120 nəfərə yüksəlib. Məlumatların təsdiqlənməsi davam edir", - məlumat bildirilib.