Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Zaqatala rayon sakinləri dəfn edilib.
Bakıvaxtı.az bu barədə apa-ya istinadla xəbər verir.
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirənlərdən Zaqatala rayon sakinləri - 1977-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Hacıibrahim Süleyman oğlu Carayev, 1981-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Xizri İsa oğlu Ceerov, 1966-cı il təvəllüdlü, Zaqatala rayonu Höytala kənd sakini Nərminə Salah qızı İdidova və 1996-cı il təvəllüdlü Zaqatala rayonu Moqov kənd sakini İbrahimxəlil Makkaşərif oğlu Kostiyevin nəşləri bu gün rayona gətirilərək ailələrinə təhvil verilib.