• Bakı C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb

SİYASƏT

28 Dekabr 2024 | 16:04

Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb

Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Qeyd edilib ki, 25 ölkənin Xarici İşlər Nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib, bir neçə ölkə ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin
yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

2024-cü ildə Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhəri) və Oman Sultanlığındakı (Maskat şəhəri) diplomatik missiyaları fəaliyyətə başlayıb, İran İslam
Respublikasındakı səfirliyi isə 15 iyul tarixindən öz işini bərpa edib. Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb. (69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi). Vanuatu Respublikası Bakı şəhərində Baş Konsulluğunun təsis edilməsi, Kuk adaları isə diplomatik münasibətlərin qurulması ilə bağlı müraciət edib.


SON XƏBƏRLƏR

28 Dekabr 2024