Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, Azərbaycan xalqının təhlükəsizliyi və firavanlığının təmin edilməsi xarici siyasətimizin əsas məqsədi olmaqla, hər zaman olduğu kimi Ermənistanla normallaşma gündəliyinin və digər aktorlarla əməkdaşlığımızın əsas qayəsini təşkil edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bundan irəli gələrək, növbəti ildə də milli maraqlarımıza uyğun olaraq, prinsipial, qətiyyətli və ardıcıl fəaliyyət davam etdiriləcək.