• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şahdağa və Qaxaa qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

28 Dekabr 2024 | 20:46 | Müəllif: Subhan Mahmudov

Şahdağa və Qaxaa qar yağır - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçalada arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb.

Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026