• Bakı C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Boğaz ağrısı, qızdırma, öskürək... - Qripmi, metapnevmovirusmu?

CƏMİYYƏT

27 Yanvar 2025 | 16:52

Boğaz ağrısı, qızdırma, öskürək... - Qripmi, metapnevmovirusmu?

İndi əksəriyyət burun axmasından, qızdırmadan, boğaz qıcıqlanması və öskürəkdən şikayət edir. Bəziləri hətta bunun metapnevmovirus olduğunu iddia edir.

Bəs qripi metapnevmovirusdan necə fərləndirək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Etibar Süleymanov bildirib ki, payış-qış aylarında hər zaman kəskin respirator xəstəliklər baş qaldırır. Onun sözlərinə görə, bu, havanın tez-tez dəyişməsi, insanların kollektiv ortamlarda virusdan qorunma üsullarından istifadə etməməsi, gah isti, gah soyuq hava şəraitinə uyğunlaşa bilməyib geyimlərini düzgün seçməməsi ilə bağlıdır:

"Qrip və qripəbənzər virus infeksiyalarının törədiciləri çoxdur və ildən ilə də dəyişir".

Həkim-terapevt vurğulayır ki, hər kəsin immun sistemi fərqlidir. Hər bir infeksiyanın əlamətləri oxşar olsa da, müalicə gedişatında, verdiyi əlamətlər də müəyyən fərqlər mövcuddur:

"Hazırda yayılan virus infeksiyası daha çox boğaz ağrısı ilə başlayır, hərarət 39° və 40°-yə qədər qalxır, bir neçə gün bu vəziyyətdə davam edir. Halsızlıq, qarın ağrısı kimi əlamətlər də olur. Xüsusən, pnevmoniyanın əlamətləri daha çox müşahidə olunur. İmmun sistemi güclü olan insanlar daha tez və asan, zəif olanlar isə gec və çətin başa vurur xəstəliyi".

Etibar Süleymanov: Ev şəraitində müalicə 3-4 gün ərzində bir nəticə verməsə…

E.Süleymanov qeyd edib ki, xəstəliyin müalicəsində ən effektiv metod çoxlu maye qəbul edilməsi və imkan qədər insanların sıx olduğu yerlərdən qaçmaqdır:

“Əgər məcburiyyətdən insanların sıx olduğu yerlərdə olursuzsa, bu zaman tez-tez spirtlənin, maskadan istifadə edin".

Həkim bildirib ki, ev şəraitində müalicə 3-4 gün ərzində bir nəticə verməsə, mütləq həkimə müraciət edib yoxlanmalı, təhlükəli bir durum varsa, dərhal müalicəyə başlamaq lazımdır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

28 Yanvar 2025