• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Bəxtiyar Hacıyevin də adı siyahıya əlavə olunub

CƏMİYYƏT

26 Fevral 2025 | 15:49

Bəxtiyar Hacıyevin də adı siyahıya əlavə olunub

“Əfv üçün bir çox tanınmış məhbusun adı Komissiyaya təqdim edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu modern.az-a Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, hazırladıqları siyahda hamının adı mövcuddur.

“Siyahıda tanınmışlardan Bəxtiyar Hacıyevin də adı var. Görək nə olacaq. Siyahıda çox adam var", - deyə Novella Cəfəroğlu  qeyd edib.

Qeyd edək ki, Azərbaycanda tezliklə əfv sərəncamının imzalanması gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayıb. İlk iclasın fevralın 12-də baş tutub. Növbəti iclas sabah keçiriləcək.

Onu da bildiək ki, sonuncu əfv sərəncamı ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.


SON XƏBƏRLƏR

26 Fevral 2025