• Bakı C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Səhər yeməyində bu qidalardan uzaq durun!

CƏMİYYƏT

27 Yanvar 2025 | 18:00

Səhər yeməyində bu qidalardan uzaq durun!

Tədqiqatlar göstərir ki, işlənmiş ətlər (məsələn, sosis və basdırma) demensiya riskini artıra bilər.

Bakıvaxtı.az Sağlamolun.az-a istinadən xəbər verir ki, Harvard Universitetindən Dr. Daniel Hang bu cür ətlərin həddindən artıq istehlakının demensiya inkişafını sürətləndirə biləcəyinə diqqət çəkib.

İstifadə olunan nitritlər və doymuş yağlar beyin sağlamlığını mənfi təsir edə bilər. Bunun yerinə, işlənməmiş qırmızı ət və ya balıq seçilməsi daha sağlam qidadır.

Sağlam səhər yeməyi üçün tövsiyələr:

Bol zülallı qidalar: Yumurta, az duzlu pendir, qatıq.

Tam taxıllı karbohidratlar: Tam buğda çörəyi, yulaf əzməsi.

Tərəvəz və yaşıl bitkilər: Pomidor, xiyar.

Sağlam yağlar: Qoz, zeytun yağı, avokado.

Təbii şəkər mənbələri: Meyvələr (banan, alma, portağal).

Şəkərsiz içkilər: Yaşıl çay, bitki çayı.

Nümunə səhər yeməyi menyusu:

1 qaynadılmış yumurta

1 dilim tam buğda çörəyi

1 dilim ağ pendir

Zeytun, pomidor, xiyar

1 ovuc qoz və ya badam

Şəkərsiz bitki çayı.


SON XƏBƏRLƏR

28 Yanvar 2025