• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin olundu

CƏMİYYƏT

26 Fevral 2025 | 17:30

300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi peşə kurslarını bitirən 300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

"Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları bitirən 300 nəfərin fabrikdə məşğulluğu təmin olunub. Peşə təlimi davam edən digər şəxslərin də kursları bitirdikcə müəssisədə işlə təminatı həyata keçiriləcək",- məlumatda qeyd olunub.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə köçürülmüş, həmçinin ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət 400 şəxs həmin kurslara cəlb edilib. Bu prosesin davamı olaraq, Dövlət Məşğulluq Agentliyi qeyd olunan kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün yaxın günlərdə tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranlar da Xankəndi tikiş fabrikində çalışacaqlar.


SON XƏBƏRLƏR

26 Fevral 2025