• Bakı 13° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

10 il sonra müəllim və həkimlər süni intellektə uduzacaq? - ŞOK PROQNOZ

CƏMİYYƏT

28 Mart 2025 | 17:30

10 il sonra müəllim və həkimlər süni intellektə uduzacaq? - ŞOK PROQNOZ

Bill Geytsin son açıqlaması cəmiyyətə bir xəbərdarlıq kimi qəbul olunmalıdır: “Süni intellekt önümüzdəki 10 il ərzində müəllimləri və həkimləri əvəz edəcək. İnsanlar çox şey üçün lazım olmayacaq.” Bu fikirlər artıq reallığa çevrilməkdədir və bir sıra nüfuzlu tədqiqatlar bunu təsdiqləyir".

Bakıvaxtı.az Musavat.com-a istinadən bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Təhsil eksperti beynəlxalq araşdırmalara istinadən qeyd edir ki, süni intellekt artıq xüsusilə tədris və klinik qərarvermə sahəsində artıq insan performansını bəzən üstələyir:

"Oxford Universitetinin tədqiqatçıları Carl Benedikt Frey və Michael Osborne-un apardığı araşdırmaya əsasən, təxminən 47% peşə növləri avtomatlaşdırma riski altındadır. Bu risk təkcə fiziki əmək deyil, zehni-emotional bacarıq tələb edən müəllimlik və tibbi diaqnostika sahələrinə də aiddir.

Stanford Universitetinin 2024-cü il Süni İntellekt Hesabatında isə göstərilir ki, generativ AI alətləri – xüsusilə tədris və klinik qərarvermə sahəsində artıq insan performansını bəzən üstələyir. Məsələn, OpenAI-nin GPT-4 modeli hüquq və tibb imtahanlarında ortalama tələbədən yüksək nəticə göstərib. Khan Academy, Duolingo kimi platformalar artıq şəxsi tutor rolunu oynayan süni intellektləri tətbiq edir.

Bu tendensiyanın fonunda sual budur: Təhsil və səhiyyə sektorlarında insan rolunu necə qoruyacağıq? Çünki texnologiya bir vasitədir, məqsəd deyil. Müəllim yalnız bilik ötürən deyil, şəxsiyyət formalaşdırandır. Həkim isə yalnız diaqnoz qoyan deyil, həm də ruh verəndir.

Bu dəyişikliklərə qarşı çıxmaq yox, insanı və texnologiyanı bir-birini tamamlayan tərəfdaşlara çevirmək lazımdır. Əks halda süni intellekt cəmiyyətin marjinallaşmasına, kütləvi işsizlik və sosial parçalanmaya səbəb ola bilər.

Təhsildə, səhiyyədə və idarəetmədə gələcəyi düşünənlər bu gün qərar verməlidir: AI insanı əvəz edəcək, yoxsa insan AI-ni yönləndirəcək?".


SON XƏBƏRLƏR

30 Mart 2025