Kişi basketbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Vitali Stepanovski vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Basketbol Federasiyası məlumat yayıb. Buna Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış səbəb olub. Mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, 2023-cü ilin aprelindən Ukrayna seçməsinə rəhbərlik edirdi.