Ukrayna ordusuna Rusiya hücumuna qarşı mübarizədə kömək edən əcnəbilər yeni mexanizm əsasında ölkədə yaşamaq icazəsi ala biləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, xüsusilə, hökumət ən azı altı aydır Ukrayna Müdafiə Qüvvələrinə kömək edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış icazəsinin verilməsi prosedurunu təsdiqləyib.