Tanınmış italiyalı futbolçu Mario Balotelli qışda “Cenoa”nı tərk etmək istəyir.
Bakıvaxtı.az bu barədə “La Gazzetta dello Sport”a istinadən xəbər verir.
Məlumata görə, 34 yaşlı hücumçu ölkə xaricində oynamaq niyyətindədir. O, Meksika təmsilçisi “Kruz Azul”a keçməyə yaxındır.
Tərəflər arasında ilkin danışıqların olduğu, lLakin maaş məsələsində hələlik ortaq məxrəcə gəlinmədiyi deyilir.
Qeyd edək ki, Mario Balotelli oktyabrın sonunda azad agent kimi “Cenoa”ya keçib. Futbolçu bu müddət ərzində 6 matçda iştirak edib və 56 dəqiqə meydanda olub.
















