• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Qarabağ” “Sabah”a qalib gələrək liderliyə yüksəldi

İDMAN

29 Sentyabr 2024 | 21:30 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” “Sabah”a qalib gələrək liderliyə yüksəldi

Futbol üzrə Misli Premyer Liqasında VIII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda "Qarabağ" doğma meydanda "Sabah"la qarşılaşıb. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində Toral Bayramov, Nəriman Axundzadə, Kevin Medina, qonaqlarda isə Coy-Lens Mikels ilə Pavol Şafranko fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Sabah" isə 14 xalla 5-ci pillədə qalıb.

Turun daha əvvəl baş tutan oyunlarında "Araz-Naxçıvan" "Səbail"ə 3:2, "Zirə" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. "Neftçi" - "Sumqayıt" (1:1), "Şamaxı" - "Turan-Tovuz" (2:2) matçları isə heç-heçə ilə nəticələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR