• Bakı 22° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Madrid derbisində qalmaqal, matç yarımçıq dayandı - VİDEO

İDMAN

30 Sentyabr 2024 | 10:46

Madrid derbisində qalmaqal, matç yarımçıq dayandı - VİDEO

İspaniya çempionatının 8-ci turunda “Atletiko” və “Real” arasında baş tutan Madrid derbisində qalmaqal yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, komandalar arasındakı gərginliyə azarkeşlər səbəb olub. 

Belə ki, “Atletiko” tərəfdarları oyundan öncə rəqib futbolçular Tibo Kurtua, Cudo Belingem və Vinisius Junior əleyhinə şüarlar səsləndiriblər. Onlar futbolçuları təhqir ediblər. 

Bunun nəticəsi olaraq “Real” qol vurduqdan sonra “kral klubu”nun qapıçısı üzünü azarkeşlərə tutaraq çılğıncasına sevinib. 

Nəticədə yerli azarkeşlər qapıçıya yad əşyalar atmağa başlayıb. Bundan sonra isə oyunda fasilə yaranıb. Matçın baş hakimi qarşılaşmanı müvəqqəti təxirə salıb. 

Lakin sonradan matç bərpa olunub və “Atletiko” Anhel Korrea ilə 90+6-cı dəqiqədə hesabı bərabərləşdirib. 

Onlar qoldan sonra azarkeşləri ilə qələbəni rəqslə qeyd ediblər. 


SON XƏBƏRLƏR