• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək, səlahiyyətli nümayəndələr təyin olunacaq

CƏMİYYƏT

02 Iyul 2024 | 17:24

Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək, səlahiyyətli nümayəndələr təyin olunacaq

Sabah - iyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


SON XƏBƏRLƏR