• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

DİQQƏT! Bu rayonlarda 3 gün qaz olmayacaq

CƏMİYYƏT

04 Iyul 2024 | 15:23

DİQQƏT! Bu rayonlarda 3 gün qaz olmayacaq

Ağsu və Kürdəmirdə 3 gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan Bakıvaxtı.az-a verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 05.07.2024-cü il tarixində saat 09:00-dan etibarən 07.07.2024-cü il tarixində işlər başa çatanadək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


    SON XƏBƏRLƏR

    06 Iyul 2024