• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? - VİDEO

CƏMİYYƏT

03 Avqust 2024 | 13:43

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? - VİDEO

Xəzərdə suyun səviyyəsində baş verən dəyişmələr dənizdə batma hadisələrinin çoxalmasının səbəblərindən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev deyib. O bildirib ki, dənizdə suyun səviyyəsinin çəkilməsi, xüsusilə, sahil zonalarda qayaların, bataqlıqların üzə çıxmasına səbəb olur.

Onun sözlərinə görə, suyun azalması nəticəsində üzə çıxan dəniz dibi daşlarının arasında burulğanlar yaranır. Əmir Əliyev onu da qeyd edib ki, əgər sahil dayazdırsa, orada maneələr, daşlar, dərin yerlər varsa, dalğalar özünü daha çox büruzə verir. Bu baxımdan qayalara tərəf getmək daha təhlükəlidir.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025