• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

“Bozqurd” qalmaqalı böyüyür - Türkiyə səfiri...

DÜNYA

04 Iyul 2024 | 15:28

“Bozqurd” qalmaqalı böyüyür - Türkiyə səfiri...

Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az-ın “Der Spiegel”ə istinadən xəbərinə görə, bu barədə nazirlik rəsmi məlumat yayıb.

    Səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya ilə matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib.

    Qeyd edək ki, insident iyulun 2-də Futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində yaşanıb. Bundan sonra Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

    “Der Spiegel” onu da yazıb ki, hazırda Almaniyada “Bozqurd” təşkilatının 18 500 nəfərədək üzvü var. Onun fəaliyyəti qadağan edilməsə də, müvafiq qurumların mütəmadi nəzarəti altındadır.


    SON XƏBƏRLƏR

    06 Iyul 2024