• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Özbəkistanda İqlim Şurası yaradılacaq

DÜNYA

03 Avqust 2024 | 15:13 | Müəllif: Gülşən Şərif

Özbəkistanda İqlim Şurası yaradılacaq

Özbəkistan Prezidenti yanında İqlim Şurası yaradılır.

 Bakıvaxtı.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev bununla bağlı müvafiq fərman imzalayıb.

Şura iqlim dəyişikliyinin səbəb olduğu fəsadların yumşaldılması və onlara uyğunlaşma məsələləri üzrə ali məşvərət orqanı olacaq.

Şuranın əsas vəzifələri Özbəkistanın BMT-nin İqlim Dəyişmələri üzrə 1992-ci il tarixli Çərçivə Konvensiyası və 2015-ci il tarixli Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməsinin monitorinqindən ibarət olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026