• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Macarıstan Ukrayna məsələsinə görə şantajla üzləşir - Nazir

DÜNYA

02 Sentyabr 2024 | 12:32 | Müəllif: Gülşən Şərif

Macarıstan Ukrayna məsələsinə görə şantajla üzləşir - Nazir

"Macarıstan şantajlara baxmayaraq, Ukrayna ilə bağlı mövqeyində qalacaq".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, bildirib ki, Budapeşt Ukrayna ilə bağlı mövqeyinə görə avropalı siyasətçilərin şantajına məruz qalıb.

"Macarıstan Qərb siyasətçiləri tərəfindən güclü təzyiq və şantajla üzləşib. Bizdən mövqeyimizi dəyişmək tələb olunur, lakin biz bunu etməyə hazır deyilik. Əksər avropalı siyasətçilər Budapeştin məsələ ilə bağlı mövqeyinə əks arqumentlər təqdim etmirlər", - deyə nazir qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR