• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rumıniya Ukrayna üçün təlim mərkəzi açacaq

DÜNYA

02 Oktyabr 2024 | 10:28 | Müəllif: Gülşən Şərif

Rumıniya Ukrayna üçün təlim mərkəzi açacaq

Rumıniya Ukrayna dəniz piyadaları üçün təlim mərkəzinin yaradılmasını təsdiqləyib.

Bakıvaxtı.az "Agerpres"ə istinadən xəbər verir ki, Rumıniya parlamenti dövlət başçısı Klaus İohannisin ölkədə Ukrayna dəniz piyadaları üçün təlim mərkəzi açmaq barədə müraciətini təsdiqləyib. 

Bildirilib ki, Rumıniya öz ərazisində hərbi dəniz sahəsində təlim mərkəzi açmaqla, mövcud imkanlar çərçivəsində Ukrayna dəniz piyadalarının təlim prosesinə dəstək vermək üçün bir töhfədir. Təlim mərkəzi Rumıniyanı dəniz təlimində regional lider kimi göstərəcək və birliyi artırmağa kömək edəcək.

Müvafiq mərkəzin iki il müddətində fəaliyyət göstərəcəyi və onun ilkin maliyyələşdirilməsinin Böyük Britaniya tərəfindən təmin ediləcəyi gözlənilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026