"Livanda davam edən müharibə uşaqların həyatını pozur, bir çox hallarda ciddi fiziki yaralar və dərin emosional izlər buraxır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel deyib.
Onun sözlərinə görə, Livanda davam edən müharibə uşaqların həyatını pozur, bir çox hallarda ciddi fiziki yaralar və dərin emosional izlər buraxır.
Qurbanların sayının gündən-günə artdığını qeyd edən Russell, Livandakı uşaqlarda emosional, davranış və fiziki sıxıntı əlamətlərinin olduğunu ifadə edib.
Əli Hüseynov
















