Gürcüstanın daha bir səfiri hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarı ilə əlaqədar istefa verib.
Bakıvaxtı.az bildirir ki, Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze istefası barədə "X" platformasında məlumat paylaşıb.
Bununla da istefa verən səfirlərin sayı 3-ə çatıb.
***23:38
Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya istefa verib.
Bakıvatxı.az bildirir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Yerli KİV sabiq xarici işlər naziri; hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin də vəzifəsindən istefa verməsi barədə məlumat paylaşıb.
Xatırladaq ki, Gürcüstanın Bolqarıstan və Niderland Krallığındakı səfirləri hakim partiyanın Aİ ilə inteqrasiya danışıqlarını 4 il müddətinə dayandırmaq qərarından sonra istefa verib./Apa