• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ Ukraynaya 2,5 milyard ayırdı

DÜNYA

30 Dekabr 2024 | 21:16 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukraynaya 2,5 milyard ayırdı

ABŞ Ukraynaya təxminən 2,5 milyard dollar yardım ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.

“Bu gün mən Ukraynaya təhlükəsizlik üçün təxminən 2,5 milyard dollar ayrıldığını elan etməkdən qürur duyuram”, - o deyib.

Bildirilir ki, göstərilən məbləğin 1,22 milyard dolları Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsünün həyata keçirilməsi üçün tədbirlər paketini əhatə edir.

“Mən öz administrasiyasıma Ukraynaya mümkün qədər tez kömək göstərməyi, o cümlədən köhnə ABŞ texnikalarını Ukraynaya tədarük etməyi, onları tez döyüş meydanına çatdırmağı, sonra isə ehtiyatlarımızı modernləşdirmək və yeni silahlarla doldurmaq üçün ABŞ müdafiə sənayesi bazasını gücləndirməyi tapşırdım”, - Bayden bildirib.

Qeyd edək ki, ötən gün Zelenski açıqlamasında ABŞ-ın böyük hərbi yardım elan edəcəyi barədə açıqlama verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026